İsmayıllıda 67 yaşlı qadına itlər hücum edib - FOTO

18:00 11.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsmayıllı rayon sakininə itlər hücum edib.

Hafta.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Qubaxəlilli kəndində qeydə alınıb. Kənd sakini, 1956-cı il təvəllüdlü Yusifova Aida İlyas qızı həyətində sahibsiz itlərin hücumuna məruz qalıb. Hadisə zamanı yerə yıxılan qadın üz, baş və çiyin nahiyələrindən xəsarətlər alıb. Qadın təcili tibbi yardım avtomobili ilə İsmayıllı Mərkəzi rayon xəstəxanasına çatdırılaraq cərrahiyyə şöbəsinə yerləşdirilib. Ona quduzluğa qarşı zərdab vurulub.

Vəziyyəti ağır qiymətləndirilir.